
Rusiya qüvvələri Ukrayna hədəflərinə iki hipersəs raket zərbəsi endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
““Kinjal” hipersəs ballistik raketləri Nikolayev vilayətinin Kostyantinivka qəsəbəsi yaxınlığında Ukrayna silahlı qüvvələrinin yanacaq və sürtkü materialları üçün böyük anbar sahəsini məhv edib”, - məlumatda deyilir.
Rusiya rəsmiləri deyirlər ki, “Kinjal” 2000 km məsafədəki hədəfi vura və 6000 km/saatdan (3728 mil) daha sürətli uça bilir.
Sosial şəbəkələrdə hipersəs raketlərin görüntüləri də yayılıb.
Tətbiqimizi yükləyə bilərsiniz