“Ukrayna-Rusiya danışıqlarında kritik məsələlərdə yaxınlaşma var”


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya və Ukrayna arasında aparılan danışıqlarda kritik məsələlərdə mövqelərin yaxınlaşdığını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çavuşoğlu “Hürriyet”ə müsahibəsində bildirib.
Nazir əmindir ki, eyni zamanda, bəzi məsələləri bu ölkələrin rəhbərləri səviyyəsində həll etmək lazımdır.
"Mühüm və kritik məsələlərdə hər iki tərəfin mövqelərinin yaxınlaşması müşahidə olunur. Xüsusilə, ilk dörd bənd üzrə onların demək olar ki, üst-üstə düşdüyünü görürük. Bəzi məsələlərin dövlət başçıları səviyyəsində həllinə ehtiyac var", - Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, tərəflər indiki mövqelərindən geri çəkilməsələr, o zaman atəşkəsə ümid var.
"Liderlər arasında açıq kanallar var. Bu, indi məlumdur", - o əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top