Kadırov qadağan olunmuş sözü yazdı, dərhal düzəltdi - FOTOLAR


Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov “Telegram” kanalında Rusiyanın Ukraynada müharibəy etdiyini yazıb.
Yeniavaz.com
“unian”a istinadla xəbər verir ki, Kadırov Ukraynaya döyüşə göndərilən kadırovçuların tibbi təminatından danışarkən böyük itkiləri gizlətməyin artıq mümkün olmadığını etiraf etmək məcburiyyətində qalıb. Lakin bu zaman o, “müharibə” sözündən istifadə edib:
 “İtkisiz müharibə yoxdur”.
Xatırladaq ki, Rusiyada sözügedən prosesi “müharibə” adlandırmaq qadağandır. Ölkədə Rusiyanın Ukraynanı işğalı “hərbi əməliyyat” kimi təqdim olunur.
Kadırov da bunu başa düşüb ki, dərhal yazdığı mətni redaktə edib:
“Qurbansız döyüş yoxdur”.

DİGƏR XƏBƏRLƏR

Top