Xaçmazda 42 yaşlı kişi bıçaqlanıb


Xaçmaz şəhərində bıçaqlanma hadisəsi baş verib.

Şəhər sakini, 1980-ci il təvəllüdlü Elman Qəzənfər oğlu Namazov bıçaq xəsarəti alıb.

Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

E.Namazova döş qəfəsinin ön nahiyəsinin sağdan kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Hadisəni törədən şəxsin kimliyinin təyin edilməsi istiqamətində istintaq tədbirləri aparılır.

Faktla bağlı araşdırma başlanılıb. / Report

DİGƏR XƏBƏRLƏR

Top