Bayram süfrəsi neçəyə başa gəlir? - ƏRZAQLAR və QİYMƏTLƏR


Sabah bütün şərq xalqları, eləcə də, azərbaycanlılar Novruz Bayramını qeyd edəcəklər. Mədəniyyətimizin və tariximizin ayrılmaz parçası olan Novruz Bayramı ta qədimdan indiyə kimi el arasında böyük coşqu ilə qeyd olunub. Bu bayram ərəfəsində kasıb və ya varlı olmasından asılı olmaraq hər kəs bayram süfrəsinin bol olması üçün bazarlara üz tutur.
Yeniavaz.com olaraq bazar və marketlərdəki mövcud qiymətlərə istinadən 4 nəfərlik ailənin bayram süfrəsi üçün xərcləyəcəyi vəsaiti hesablamağa çalışdıq. Bayram süfrəsinin əsas komponentlərindən olan paxlavanın 1 porsiyasının hazırlanması üçün lazım olan ərzaq və ədviyyatlara minimum 12,5 manat lazımdır:
Bir porsiya PAXLAVAnın xərci
Ərzaq və
ədviyyatlar
Miqdarı Qiyməti 1 kq-ın Qiyməti
Un 250 qr 50 qəp. 2 azn
Yağ 60 qr 1 azn 18 azn
Süd 80 m.litr 18 qəp. 2,2 azn
Yumurta 1 ədəd 20 qəp. -
Xəmir mayası 8 qr 10 qəp. 12 azn
Qoz ləpəsi 200 qr 3,2 azn 16 azn
Şəkər tozu 200 qr 32 qəp 1,6 azn
Zəfəran 0,4 qr 2,8 azn 1 qr-7 azn
Vanilin 2 qr 5 qəp -
Bal 20 m.litr 50 qəp 25 azn
Fındıq ləpəsi 200 qr 3,6 azn 18 azn
Cəmi:   12,45 azn  

30 ədəd şəkərburanın hazırlanması üçün isə 23,7 manat lazımdır:
30 ədəd ŞƏKƏRBURAnın xərci
Ərzaq və
ədviyyatlar
Miqdarı Qiyməti 1 kq-ın Qiyməti
Un 900 qr 1,8 azn 2 azn
Yağ 300 qr 5,4 azn 18 azn
Süd 150 m.litr 33 qəp. 2,2 azn
Yumurta 4 ədəd 80 qəp. -
Xəmir mayası 8 qr 10 qəp. 12 azn
Şəkər tozu 700 qr 1,12 azn 1,6 azn
Duz 2 qr 2 qəp 1 azn
Xama 250 qr 1,5 azn 6 azn
Fındıq ləpəsi 700 qr 12,6 azn 18 azn
Cəmi:   23,67 azn  

Bunlardan başqa 18 ədəd qoğalın (150 qram zeytun yağı, 150 ml süd, 2 ədəd yumurta, 1 paket maya, 700 qram un, 2 qaşıq kərə yağı, 200 qram qoz, 200 qram şəkər tozu, sarıkök, xəmir mayası, xaş-xaş, hil) bişirilməsi üçün 12 manat xərcləmək lazımdır.
Bayram nemətlərindən olan çərəzlər (fındıq, qoz, badam, püstə, iydə, innab, xurma qurusu, kişmiş və sair) ailənin daha 30 manat xərcləməsini tələb edir. Alma, armud, banan, mandarin, heyva və apelsindən ibarət meyvələr 25 manata, içkilər (alkoqolsuz) 12 manata başa gəlir. Novruz süfrəsinin daha bir dəyişməz komponenti olan plovun stola gəlməsi üçün orta statistik Azərbaycan ailəsi ən azı 50 manat vəsait sərf etməlidir.
Bütün bunları nəzərə alaraq belə bir qənayətə gəldik ki, evə bayram bazarlığı etmək üçün yarmarkalara, marketlərə gedəcək vətəndaşlar yuxarıda adlarını sadaladığımız meyvə və çərəzləri, eyni zamanda bayram şiriniyyatları üçün ərzaq məhsulları alacaqlarsa özləri ilə azı 165 manat pul götürməlidirlər. Kimsə plovdan əlavə də yemək hazırlamaq istəyəcəksə, bu zaman xərclər daha da yüksələcək. 




 

DİGƏR XƏBƏRLƏR

Top