Kamran Əliyev onu işdən çıxardı


Baş prokuror Kamran Əliyev Salyan rayon prokurorunu işdən çıxarıb.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, K.Əliyevin müvafiq əmri ilə Salyan rayon prokuroru Firdovsi Nemətli səlahiyyət müddətinin başa çatması ilə əlaqədər vəzifəsindən azad olunub.
Məlumata görə, hələlik bu vəzifəyə yeni təyinat olmayıb.
Qeyd edək ki, 2011-ci ildə Yevlax rayon prokuroru vəzifəsini icra edən edən F.Nemətli əvvəlki Baş prokurorun əmri ilə Salyan rayon prokurorluğu vəzifəsinə təyin edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top