Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırdı


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 7,5 %-dən 7,75 %-ə çatdırılması barədə qərar qəbul edib.

Bu barədə Yeniavaz.com-a qurumdan bildirilib.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6 %-dən 6,25 %-ə, yuxarı həddi isə 9 %-dən 9,25 %-ə qaldırılıb.
Bu qərar bu gündən qüvvəyə minir.
Qeyd olunub ki, pul siyasәti qәrarına dair növbəti açıqlama 2022-ci il aprel ayının 29-da veriləcək və bununla bağlı mətbuat konfransı keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top