Ali məktəblərə sənəd qəbulu başa çatıb


2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilir ki, ümumilikdə 96629 abituriyent ərizəsini təsdiq edib.
Qeyd edək ki, sənəd qəbulu martın 4-də başlayıb. Ötən gün 23:59-da başa çatmalı olan proses bu gün 11:00-a qədər uzadılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top