Putin Ərdoğanla danışdı - Sülh üçün şərtlərini açıqladı


Ötən gün Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək, Ukrayna ilə sülh razılaşması üçün şərtlərinin nədən ibarət olduğunu açıqlayıb.
Yeniavaz.com
“BBC”yə istinadən xəbər verir ki, bu barədə Ərdoğanın müşaviri İbrahim Kalın məlumat verib.
O bildirib ki, Rusiyanın şərtləri iki kateqoriyaya bölünür.
Onun sözlərinə görə, ilk dörd tələbin yerinə yetirilməsi Ukrayna üçün o qədər də çətin deyil.
Bunlardan ən başlıcası Ukraynanın neytral olması və NATO-ya üzv olmaq üçün müraciət etməməsinin qəbul edilməsidir. Ukrayna prezidenti Vladimir Zelenski artıq bunu etiraf edib.
Ukrayna Rusiya üçün təhlükə yaratmamaq üçün tərksilah prosesindən keçməlidir. Ukraynada rus dilinin müdafiəsi olmalıdır.
Dördüncü şərt denazifikasiyadır (müharibədən sonrakı Alman və Avstriya cəmiyyətini, mədəniyyətini, mətbuatını, iqtisadiyyatını, təhsilini, hüquq və siyasətini nasist ideologiyasının təsirindən təmizləməyə yönəlmiş tədbirlər kompleksi – red.). Bu, özü yəhudi olan və qohumlarından bəziləri Holokost qətliamında ölən Zelenski üçün dərin təhqirdir, lakin Türkiyə tərəfi bunu qəbul etməyin Zelenski üçün kifayət qədər asan olacağına inanır. Bəlkə də Ukraynanın neonasizmin bütün formalarını pisləməsi və onları sıxışdıracağını vəd etməsi kifayət edəcək.
İkinci kateqoriya Ukraynanın şərqindəki, bir hissəsi artıq Ukraynadan qoparaq rus olduqlarını vurğulayan Donbassın və həmçinin Krımın statusu ilə bağlıdır.
İ. Kalin bildirib ki, Rusiya Ukrayna hökumətindən Ukraynanın şərqindəki ərazilərdən imtina etməyi tələb edəcək. Bu, dərin mübahisələrə səbəb olacaq.

DİGƏR XƏBƏRLƏR

Top