Britaniyanın müdafiə nazirinə Şmıqal adından zəng vurub söhbət etdi


Özünü Ukraynanın Baş naziri Denis Şmıqal kimi təqdim edən şəxs Böyük Britaniyanın müdafiə nazirinə zəng edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Vallas "Twitter"də bildirib.
"Bu gün özünü Ukraynanın Baş naziri kimi təqdim edən saxtakar mənimlə danışmağa cəhd etdi. O, bir neçə yanlış sual verdi və mən şübhələndikdən sonra telefon danışığını dayandırdım. Moskvanın heç bir dezinformasiyası, təhrifi və çirkin hiyləsi bizim diqqətimizi Rusiyanın insan hüquqlarını pozmasından və Ukraynaya qanunsuz müdaxiləsindən yayındıra bilməz. Bu çarəsiz cəhddir" – deyə Vallas qeyd edib.
 

DİGƏR XƏBƏRLƏR

Top