
Böyük Britaniya hökuməti yeni anti-Rusiya sanksiyaları çərçivəsində ölkə limanlarında Rusiya vətəndaşlarına məxsus ola biləcək bir neçə yaxtanı müsadirə edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Nəqliyyat Nazirliyinin rəhbəri Qrant Şapps məlumat verib.
"Təsdiq edə bilərəm ki, biz Rusiya oliqarxları ilə əlaqədə olduğundan şübhələndiyimiz ölkədə dayanmış az sayda yaxta ilə bağlı araşdırma aparırıq. Onların limanları tərk etməməsi üçün tədbirlər görmüşəm, araşdırma davam edir", - deyə nazir bildirib.