
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və NATO baş katibinin müavini Mirça Coana Brüsseldə Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Mirzoyan Ermənistan-Azərbaycan sərhədində və Qarabağda son vəziyyətlə bağlı NATO rəsmisinə məlumat verib”-deyə xəbərdə bildirilib.