
Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Bölgəsində 5,2 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.
Onun sözlərinə görə, zəlzələ yerli vaxtla saat 21:41-də Hotan şəhər rayonunun Pişan dairəsi yaxınlığında baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.