Azərbaycanda sabiq icra başçısının evi yandı


Biləsuvar rayonunda iki evdə yanğın baş verib.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 42 kvadratmetr olan Anar Məmmədova məxsus birmərtəbəli evdə yanğın başlayıb.

Daha sonra yanğın İsgəndər Rüstəmova məxsus 180 kvadratmetr olan ikimərtəbəli evə keçib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğın nəticəsində A.Məmmədova məxsus ev tamamilə, digər evin 2-ci mərtəbəsi yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, İsgəndər Rüstəmov Biləsuvar rayon Səmədabad kəndinin keçmiş icra nümayəndəsidir.

DİGƏR XƏBƏRLƏR

Top