TV33 və “Anart Media” ləğv olunur


Eyni ünvanda, bir nəfər tərəfindən təsis olunan 3 şirkət ləğv olunduğunu elan edib.
Yeniavaz.com
“Vergilər” qəzetinə istinadən xəbər verir ki, “TV33 Müstəqil Televiziya və Radio Yayımları Şirkəti” MMC (VÖEN- 1006379641), “Polos Group” MMC (VÖEN- 1005477591) və “Anart Media” MMC (VÖEN- 1005181521) ləğv olunduqlarını açıqlayıblar.
Adları qeyd olunan şirkətlərin hüquqi ünvanları Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs. Zahid Qəmbərov küçəsi, ev 3184/87, mənzil 107-də yerləşir.
Nizamnamə kapitalları 10 manat olan şirkətlərin qanuni təmsilçiləri Vüqarlı Anar Vüqar oğludur.
Bu şirkətlərdən 2-si 2018-ci ildə, 1-i isə 2020-ci ildə dövlət qeydiyyatına alınıb.

DİGƏR XƏBƏRLƏR

Top