Rasmussen: ABŞ-ın qətiyyətli qlobal liderliyi lazımdır

ABŞ dünyanın jandarması olmalı və beynəlxalq münaqişələrə tez-tez müdaxilə etməlidir ki, bu da cari dünya problemlərini həll etməyə imkan yaradacaq. “Yeniavaz.az”ın TASS-a istinadən verdiyi məlumata görə, bunu 2009-2014-cü illərdə NATO-nun baş katibi olmuş Anders Foq Rasmussen deyib. Onun sözlərinə görə, ABŞ prezidenti Barak Obama yaranmış münaqişələrin qarşısını almaq üçün hərbi gücdən və onun tətbiqi təhdidindən çox həvəssiz istifadə edib: “Bizim ABŞ-a dünyanın jandarması kimi ehtiyacımız var, bizə ABŞ-ın qətiyyətli qlobal liderliyi lazımdır”. Siyasətçi hesab edir ki, ABŞ-ın növbəti prezidentinin kimliyindən asılı olmayaraq, onun beynəlxalq münaqişələrə tez-tez müdaxilə etməkdən başqa seçimi olmayacaq: “Fövqəl dövlətlər pensiyaya çıxmırlar. Ətrafınıza baxın və görəcəksiniz ki, dünya alova qərq olub: Suriyanı müharibə və münaqişələr bölür, İraq dağılma ərəfəsindədir, Liviya Şimali Afrikanın baş tutmamış dövlətidir”.

DİGƏR XƏBƏRLƏR

Top