Zelenski: "Görüntülər saxtadır, bu mən deyiləm..." - VİDEO


Sosial şəbəkələrdə prezident Vladimir Zelenskinin Ukrayna qoşunlarını silahı yerə qoymağa çağırdığı feyk video yayılıb.
Yeniavaz.com
“BBC”yə istinadən xəbər verir ki, dodaqları audio ilə sinxron hərəkət etsə də, Zelenskinin başı fərqli görünür və səsi də onunku kimi səslənmir.
Feyk videonun kadrı dünən Ukraynanın “Ukrayna 24” telekanalının saytında yayılıb və mesajın mətni qısa müddət ərzində televiziyada da yayımlanıb.
“Ukrayna 24” telekanalı açıqlamasında bildirib ki, onun internet saytı sındırılıb. Vebsayt əvvəllər əlçatmaz olsa da, lakin sonradan bərpa edilib.
Zelenski İnstaqramda yerləşdirdiyi videoda paylaşılanların saxta olduğunu bildirib:
“Mən yalnız rus hərbçilərinə silahlarını yerə qoyaraq evə getməyi təklif edə bilərəm”.
Həmin feyk videonu təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top