Rusiya XİN-dən Ukraynaya yardım edən ölkələrə XƏBƏRDARLIQ


“Moskva Vaşinqtonla fəal danışıqlar prosesi aparmır, yalnız ayrı-ayrılıqda yaranan problemlər üzrə dəqiq təmaslar var”.
Yeniavaz.com
“tass”a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Solovyov Live” layihəsinin efirində bildirib .
Eyni zamanda, Zaxarova xatırladıb ki, Rusiya tərəfi altı ay ərzində bir sıra istiqamətlər üzrə ABŞ-la danışıqlar prosesinin qurulması ilə fəal məşğul olub. Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, bunlar kiber təhlükəsizlik, qlobal təhlükəsizlik və Ukrayna məsələləridir.
Zaxarova bildirib ki, Ukraynaya muzdlu və silah göndərən ölkələr özlərinə problem yaradır:
“Ukraynaya silah və qoşun göndərilməsi bu ölkənin dünyadakı səfirliklikləri vasitəsilə baş tutur. Həmin ölkələr öz əlləri ilə özlərinə təhlükə yaradırlar”.

DİGƏR XƏBƏRLƏR

Top