
Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqelərindən birində əsgər meyiti tapılıb.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən məlumat verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Martın 16-da saat 21:10-da respublikanın cənub-şərq istiqamətində yerləşən döyüş mövqelərindən birində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Albert Levonoviç Siroyanın (2002-ci il təvəllüdlü) meyiti aşkar edilib, çənə nahiyəsində güllə yarası olub”, - məlumatda deyilir.
İnsidentin bütün hallarının aydınlaşdırılması üçün araşdırma aparılır.