
Melitopol şəhərinin meri İvan Fedorov 9 Rusiya hərbçisinin qarşılığında Ukrayna tərəfinə qaytarılıb.
Yeniavaz.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin mətbuat katibi Daria Zarivna məlumat verib.
“Melitopol şəhərinin meri İvan Fedorov rus əsirliyindən azad edilib. Onun qarşılığında Rusiya əsir götürülən 2002-2003-cü il təvəllüdlü doqquz əsgərini qəbul edib. Bunlar əslində uşaqlardır. Hansı ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə guya onlar Ukraynaya gətirilməyib”, - Zarivna bildirib.
O, eyni zamanda qeyd edib ki, Melitopol meri beş gündən artıqdır ki, Rusiya tərəfindən saxlanılıb:
“Fedorova əməkdaşlıq təklif edilib, lakin o, razılaşmayıb”.
Sərbəst buraxıldıqdan sonra prezident Vladimir Zelenski Melitopol meri ilə danışıb.