"Kadırov, səni tapacağıq, məhv edəcəyik, sonra isə..."


Ukraynalı müdafiəçilər Çeçenistanın rəhbəri Ramzan Kadırova müraciət ediblər.
Yeniavaz.com
“unian”a istinadla xəbər verir ki, döyüşçülər, Ukraynaya gəldiyi halda Kadırovu məhv edəcəklərini bildiriblər:
“Biz, xüsusi təyinatlı qrup, səni məhv etmək üçün axtarırıq, don. Kadırov, səni tapacağıq. Əvvəlcə səni məhv edəcəyik, sonra isə sadəcə başını kəsəcəyik”.
Qeyd edək ki, martın 13-də “Kadırovçu” qrupların sosial şəbəkələri vasitəsilə Çeçenistan liderinin Ukraynada olması barədə məlumat yayılsa da, gəlişinin dəqiq tarixi barədə məlumat verməyiblər.
Ukrayna Daxili İşlər Nazirliyində Kadırovun ümumiyyətlə Ukraynaya gəlib-gəlməməsi ilə bağlı məlumat yoxdur. Nazirlik rəhbərinin müşaviri Vadim Denisenko bildirib ki, onun Ukraynada olmasını əks etdirən videoların yayılması, çeçenlərin ağır itkilərə görə özlərini haqlı çıxarmaları üçün hazırlanıb. O bildirib ki, həqiqətən də müharibənin ilk günlərində Kiyev yaxınlığında Kadırovun qvardiyasının əhəmiyyətli bir hissəsi məğlub olub, xüsusən də onun generallarından biri öldürülüb.
Rus hərbi əsirlərin dediyinə görə, Kadırov və yaraqlıları rus ordusunu döyüş meydanından qaçmağa cəhd etdiklərinə görə cəzalandıran "edam dəstələri" rolunu oynayır.
Kadırov özü də sonradan Kiyev yaxınlığında olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top