
Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Ukraynanın nüvə silahı hazırlamaq istəyi real təhlükə idi.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, Putin bu fikri Rusiya Federasiyasının təsis qurumlarının sosial-iqtisadi dəstəyi ilə bağlı iclası açarkən bildirib. "Kiyev hakimiyyətinin öz nüvə silahlarını və onların çatdırılma vasitələrini hazırlamaq niyyəti barədə bəyanatları var idi. Bu, real təhlükə idi", - deyə Rusiya lideri bildirib.