
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Yeniavaz.com Rusiya mediasına istiandla xəbər verir ki, tərəflər Qarabağdakı vəziyyəti həmçinin Türkiyə Ermənistan münasibətlərini müzakirə edib.
Hər iki ölkə lideri 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əksini tapmış məsələlərə toxunub.
Paşinyan və Putin Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı danışıqların təşkili üçün Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciətini müzakirə ediblər.