Bu il 56 nəfər Avropadan Azərbaycana qaytarılıb


"Bu il 56 şəxs Azərbaycana readmissiya olunub".

Yeniavaz.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib. 

O bildirib ki, 2014-cü ildə Avropa İttifaqı ilə readmissiya haqqında saziş imzalanandan bu günə kimi 2069 şəxs readmissiya olunub:

"Pandemiya dövründə də readmissiya davam etdirilib, əsasən çarter reysləri ilə olub. 2021-ci ildə 420 nəfər, cari ildə isə 56 şəxs readmissiya olunub. Amma ümumilikdə sorğusuna müsbət cavab verilən 2322 şəxsin də readmissiyası gözlənilir" - Xidmət rəisi qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top