Elmar Məmmədyarov: "Özümə baxıram, iş qrafikim çox ağır idi..." - VİDEO


“Yazıram, pozuram, internetə girirəm, siyasətlə maraqlanıram. Kimsə soruşursa - əlbəttə ki, sual verənlər çoxdur - məsləhət verirəm, öz fikirlərimi bölüşürəm. Amma hələlik evdəyəm”.
Yeniavaz.com
xəbər verir ki, bunu Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov “Baku TV”yə müsahibəsində deyib.
E. Məmmadyarov jurnalistin “Keçmiş məmur kimi indiki real vəziyyətlə əvvəlki arasındakı fərq: sizi narahat edən məqamlar var, yoxsa belə daha rahatdır?” sualına bu cavabı verib:
“Mən indi əksinə sevinirəm. İlk növbədə Azərbaycanın torpaqları azad olunub. Sağ olsun cənab prezident, 44 günün ərzində... İkincisi də, mən bilən, Qarabağ məsələsi birdəfəlik, tam şəkildə həll olunub”.
O, sualın onun şəxsinə aid olan tərəfini isə belə cavablandırıb:
“Doğrudan, iş qrafikim çox ağır idi. 7/24 təyyarədən çıxmırdım. Ondan sonra pandemiya gəldi çıxdı, bir az evdə qaldım, istirahət edə bildim. İdmanla məşğulam, özümə baxıram”.

DİGƏR XƏBƏRLƏR

Top