
“Təhlükəsizlik bloku Ukraynaya dəstək vermək üçün vahid şəkildə birləşib”.
Yeniavaz.com “BBC”yə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə nümayəndə heyətinin iclasında deyib.
Bildirilib ki, Stoltenberq Rusiyanın öz qonşusuna təcavüzünə başlamasından sonra keçirilən ilk görüşdə Qərb liderlərinin Kiyevə külli miqdarda hərbi dəstək verdiyini və bu dəstəyi davam etdirəcəyinə söz verib:
“Dünya bu mənasız müharibəni pisləyir. “NATO” müttəfiqləri və tərəfdaşları Rusiyaya qarşı görünməmiş sanksiyalar tətbiq edir və biz Ukraynaya dəstəyimizdə həmrəyik. Uzun illər ərzində biz on minlərlə Ukrayna hərbçisinə təlim keçmişik və Ukraynanı özünümüdafiə hüququnu qoruyub saxlamağa kömək etmək üçün böyük miqdarda kritik avadanlıqla təmin etmişik. Rusiyanın işğalı başlayandan bəri müttəfiqlər cəsur Ukrayna xalqına, hökumətinə və silahlı qüvvələrinə hərbi texnika, humanitar və maliyyə yardımı və milyonlarla qaçqına sığınacaq verən dəstəyimizi əhəmiyyətli dərəcədə artırıb. Bu gün bizim hamımızın Ukraynanı dəstəkləməyimiz daha vacibdir”, - o bildirib.