Azərbaycanda əhalinin sayı artır, pensiyaçıların sayı azalır – STATİSTİKA


Bu ilin əvvəlinə olan məlumata görə Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 1 milyon 200 pensiyaçı qeydiyyatda olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, pensiyaçıların 58,9%-ni və ya 707 min nəfərini yaşa görə pensiya alanlar təşkil edib.
Məlumat üçün bildirək ki, son bir ildə yaşa görə pensiya alanların sayı 1,3% və ya 9,3 min nəfər azalıb.
Son 13 il ərzində yaşa görə pensiya alanların sayı 15% və ya 129 min nəfər azalıb. Bu dövr ərzində Azərbaycan əhalisinin sayı 13% və ya 1 milyon 159 min nəfər artıb. Nəticədə, 13 il əvvəl yaşa görə pensiya alanlar ümumi əhalinin 9,5%-ni təşkil edirdisə, bu ilin əvvəlində bu göstərici 6,9%-ə kimi geriləyib.
Son 13 ildə əhalinin və yaşa görə pensiya alanların sayı bu cür olub:
İllər Əhalinin sayı Pensiya alanların sayı
2010 8 997,6 min nəfər 858,6 min nəfər
2011 9 111,1 min nəfər 831,1 min nəfər
2012 9 235,1 min nəfər 812,7 min nəfər
2013 9 356,5 min nəfər 800,5 min nəfər
2014 9 477,1 min nəfər 791,3 min nəfər
2015 9 593,0 min nəfər 785,1 min nəfər
2016 9 705,6 min nəfər 781,2 min nəfər
2017 9 810,0 min nəfər 781,9 min nəfər
2018 9 898,1 min nəfər 778,1 min nəfər
2019 9 981,5 min nəfər 756,1 min nəfər
2020 10 067,1 min nəfər 742,0 min nəfər
2021 10 119,1 min nəfər 716,2 min nəfər
2022 10 156,4 min nəfər 707,1 min nəfər

Qeyd edək ki, pensiya alanların sayının azalması ölkədə pensiya yaşının artırılması ilə bağlıdır. 2010-cu ildə Azərbaycanda kişilər 60, qadınlar isə 57 yaşında pensiyaya çıxdıqları halda, hazırda kişilər 65, qadınlar isə 62,5 yaşında pensiyaya çıxırlar. 

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top