Rüstəm İbrahimbəyovun son sözü nə olub? - Oğlu açıqladı


“İnsanın atasını itirməsi çox dərin kədərdir”.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mərhum Xalq yazıçısı Rüstəm İbrahimbəyovun oğlu Fuad İbrahimbəyov deyib.
O, atasının vəfatının gözlənilməz olduğunu vurğulayıb: “Şadam ki, o, Bakıya gətirildi, vətənində dəfn ediləcək. Və arzulayanlar, onu sevənlər gəlib məzarını ziyarət edə biləcəklər. Əlbəttə o, böyük insan, möhtəşəm ata idi”.
F.İbrahimbəyov bildirib ki, atası ölümqabağı ondan dostlarına salam çatdırmasını istəyib: “O, son sözündə bütün dostlarına salam söylədi. Dedi ki, əgər ölsəm, mənim bütün köhnə dostlarımı qucaqla, onlara sevgimi çatdır”.

DİGƏR XƏBƏRLƏR

Top