“Dindirilmə 14 saatdan çox davam edib”


Xəbər verdiyimiz kimi, Moskvanın Ostankino Məhkəməsi Marina Ovsyannikovanı canlı yayım zamanı “Birinci Kanal”da yayımlanan “Vremya” verilişinin studiyasına girdiyinə görə 30 min rubl (476 manat) cərimələyib.
Yeniavaz.com
xəbər verir ki, Marina məhkəmədən çıxdıqdan sonra jurnalistlərin suallarını cavablandırıb.
O, heç bir hüquqi dəstək olmadan 14 saat dindirildiyini bildirib:
“Mən dəstəyə görə hər kəsə təşəkkür etmək istəyirəm. Bunlar mənim həyatımda həqiqətən çox çətin günlərdir. İki gün yuxusuz qaldım. Dindirilmə 14 saatdan çox davam edib. Ailəmlə, dostlarımla əlaqə saxlamağa icazə verilmədi, mənə heç bir hüquqi yardım göstərilmədi”.
Ovsyannikova daha sonra ətraflı şərhlər verəcəyini qeyd edib:
“Çünki bizə sadəcə istirahət lazımdır”.

DİGƏR XƏBƏRLƏR

Top