Bayden Ukraynaya 13 milyard dollarlıq yardım paketini imzaladı


ABŞ prezidenti Co Bayden Ukraynaya növbəti yardım paketini imzalayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Yeni paketdə digər məsələlərlə yanaşı, Ukraynaya humanitar, hərbi və iqtisadi yardım üçün 13,6 milyard dolların ayrılması nəzərdə tutur.
"Bu qanun layihəsi Rusiyanın Ukraynaya təcavüzünə və onun qonşu ölkələr üçün nəticələrinə cavab vermək üçün tarixi 13,6 milyard dollar məbləğində maliyyə vəsaitini ehtiva edir. Biz Ukraynadakı bu böhrana qətiyyətlə cavab verməyə davam edəcəyik”-deyə Bayden Ağ Evdə imzalanma mərasimində qeyd edib.
 

DİGƏR XƏBƏRLƏR

Top