
Böyük Britaniya Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyata cavab olaraq 370-dən çox hökumət və regional hökumət rəsmisi, biznes liderləri və onların ailə üzvləri və parlamentarilər də daxil olmaqla yeni sanksiyalar paketi elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə hökumətin saytında yerləşdirilən məlumatda deyilir. Yenilənmiş sanksiyalara əsasən bu şəxslərin hamısının Böyük Britaniya ərazisinə girişi qadağan olunub. Böyük Britaniyadakı aktivləri olarsa dərhal dondurulacaq.