Ermənistan XİN Türkiyə ilə münasibətlər barədə açıqlama yaydı


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə münasibətlərin normallaşması prosesini müsbət qiymətləndirir.
Yeniavaz.com
xəbər verir ki, Mirzoyan bu barədə Türkiyənin Anadolu agentliyinə müsahibəsində bildirib.
"Ümumiyyətlə, biz Türkiyə ilə münasibətlərin normallaşması prosesini müsbət qiymətləndiririk. Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa və sərhədlərini açmağa hazırdır. Türkiyəli həmkarımdan bənzər sözlər eşitməkdən məmnun oldum. Məncə, indi dünyada hadisələr çox sürətlə inkişaf edəndə biz konkret addımlar atmaqdan çəkinməməliyik”, - deyə Mirzoyan bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top