Çavuşoğlu sabah Moskvaya gedir


Martın 16-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək, tərəflər digər məsələlərlə yanaşı, Rusiya Silahlı Qüvvələrinin Ukraynada həyata keçirdiyi xüsusi əməliyyatın gedişatını da müzakirə edəcəklər. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Martın 16-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli və beynəlxalq gündəliyin geniş spektri üzrə danışıqlar aparmaq üçün Moskvaya səfər edəcək”, - deyə nazirlikdən bildirilib.
 

DİGƏR XƏBƏRLƏR

Top