İlham Əliyevlə Blinken arasında telefon danışığı olub - YENİLƏNİB


Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Söhbət zamanı Cənubi Qafqaz regionunda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb.

Telefon danışığı əsnasında regional təhlükəsizlik məsələləri də müzakirə edilib.

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.


***20:48

ABŞ dövlət katibi Antoni Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ rəsmisi öz “twitter” hesabında məlumat verib.
“Azərbaycan Prezidenti ilə regional münaqişələrin həlli və Cənubi Qafqazda sülhə doğru irəliləmənin vacibliyi haqqında danışdım. Mən Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür etdim” , -deyə dövlət katibi vurğulayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top