Rusiya Avropa Şurasından çıxmaqla bağlı qərar qəbul edib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov təşkilatın baş katibinə müvafiq məktubu təqdim edib.Bu barədə Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy deyib.
“Rusiya öz istəyi ilə Avropa Şurasından çıxır, bu, balanslaşdırılmış və düşünülmüş qərardır”, - deyə Tolstoy vurğulayıb.