
Mingəçevir şəhəri M. Maqomayev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar olub.
İlkin məlumata görə, M. Maqomayev prospekti ilə hərəkətdə olan “Mercedes” markalı minik avtomobili və "Jiquli" markalı avtomobil toqquşub. Hər iki avtomobilin sürücüsü - Bahadurbəyli Qoşqar və Quliyev Anar başlarından xəsarət alıb.
Hər iki avtomobilə ciddi ziyan dəyib.
Yaralılara təcili yardım briqadasının əməkdaşları yenidəcə yardım ediblər.
Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Mingəçevir