Prokuror Navalnının 13 il həbsini istədi


Yeni iş üzrə dövlət ittihamçısı Aleksey Navalnıya 13 il həbs cəzası və 1,2 milyon rubl cərimə istəyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RİA Novosti”nin müxbiri məhkəmə zalından məlumat yayıb.
Bildirilib ki, prokuror Nadejda Tixonova məhkəmədə dələduzluq və məhkəməni təhqir etmə işinə görə Navalnıya 13 il həbs cəzası və ümumi cəzalar əsasında 1,2 milyon rubl cərimə istəyib.
Qeyd edək ki, Moskvanın Preobrajenski Məhkəməsi ötən il Oleq Navalnıya bir il şərti cəza kəsib. O, sosial şəbəkələr vasitəsilə insanları 2021-ci ilin yanvarında koronavirus infeksiyası ilə mübarizə üzrə tövsiyələri pozan təsdiqlənməmiş aksiyada iştirak etməyə çağırdığına görə ittiham olunub.

DİGƏR XƏBƏRLƏR

Top