
“Dostlarımız bu gün Ukraynanın bəzi şəhərlərindən vətəndaşlarımızı evakuasiya etmək üçün çalışırlar”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Bacardığımız qədər başqa ölkələrin vətəndaşlarına kömək edirik. Vətəndaşlarımızın Mariupoldan təxliyəsi ilə bağlı dünən axşam Sergey Lavrov mənə zəng etdi, şərtlər yavaş-yavaş formalaşır, bu gün və ya sabah yaxşı xəbər gözləyirik”, - o bildirib.