Gürcüstan hökuməti prezidenti məhkəməyə verir - SƏBƏB


“Gürcüstan prezidenti Salome Zurabişvili respublikanın konstitusiyasında yer alan prinsipləri dəfələrlə pozub, bununla bağlı hökumət yaxın vaxtlarda Konstitusiya Məhkəməsinə müraciət etməyi planlaşdırır”.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, bu barədə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının yaydığı bəyanatda deyilir.
Hakim partiya iddia edir ki, dövlət başçısı hökumətin təklifi ilə bir sıra səfirləri təyin etməkdən dəfələrlə imtina edib, həmçinin Nazirlər Kabinetinin əvvəlcədən razılığı olmadan bir sıra xarici ölkələrə səfərlər edib ki, bu da konstitusiya pozuntusudur:
“Son aylar ərzində hökumət nümayəndələri ilə prezidentin bir neçə dəfə görüşləri keçirilib, bu görüşlərdə Gürcüstan konstitusiyasının məzmunu bir neçə dəfə prezidentə izah edilib, lakin təəssüf ki, heç bir nəticəsi olmayıb. Bu şəraitdə Gürcüstan hökuməti səlahiyyət məhkəməsi çərçivəsində yaxın vaxtlarda Konstitusiya Məhkəməsinə müraciət etməyə və Gürcüstan prezidenti tərəfindən konstitusiya pozuntusunun təsdiqini tələb etməyə məcburdur”.

DİGƏR XƏBƏRLƏR

Top