Hökumətin hesabatı parlamentdə qəbul edildi - YENİLƏNİB

Milli Məclisdə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı qəbul edilib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hesabat parlamentdə deputatların müzakirəsindən sonra qəbul edilib.


***11:08
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 1 məsələ daxil edilib.
Bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatdır.
Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb. Hesabatı Baş nazir Əli Əsədov təqdim edir.
Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılacaq.
Toplantıda hökumət üzvləri də iştirak edirlər.

DİGƏR XƏBƏRLƏR

Top