Kiyevdə yaşayış binası atəşə tutulub - VİDEO


Kiyevdə rusiyalı hərbçilərin atəşə tutması nəticəsində daha bir çoxmərtəbəli bina yararsız vəziyyətə düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Martın 15-də Kiyev vilatətinin Podolski rayonunda döyüş sursatının on mərtəbəli yaşayış binasına dəyməsi nəticəsində 1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər yanğın baş verib. Saat 08:46-da (Bakı vaxtı ilə) yanğın lokallaşdırılıb, saat 08:51-də söndürülüb. Dövlət Fövqəladə Hallar Xidmətinin xilas etdiyi 1 nəfər xəstəxanaya yerləşdirilib”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top