Ruslar Xarkovu “İsgəndər” raketi ilə vurub


Ukraynanın Xarkov şəhərinə Rusiya ərazisindən “İsgəndər” raketi atılıb.
Yeniavaz.com
“unian”a istinadla xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyasının sədri Oleq Sinequbov məlumat verib. O bildirib ki, dinc sakinlərin yaşadığı ərazilər “İsgəndər” raket kompleksləri ilə atəşə tutulub:
"Ukrayna silahlı qüvvələri düşməni şəhərə buraxmır və bölgədə əks-hücum əməliyyatları aparır. İşğalçılar Xarkovun yaşayış massivlərinə zərbələr endirməklə, tarixi mərkəzi məhv etməyə davam edir. Çuqev, İzyum, Derqaçidə atəşlər davam edir. Bu gün düşmən “İsgəndər” raket sistemləri ilə də zərbə endirib. Müdafiə Qərargahının məlumatına görə, raket, Rusiya ərazisindən atılıb”.

DİGƏR XƏBƏRLƏR

Top