
Rusiya Silahlı Qüvvələri Kiyevdə Fedorovka, Vinarovka və Antopoldakı rabitə, və kommunikasiya mərkəzlərini yüksək dəqiqlikli silahlarla vurub. Eləcə də Kiyevdəki Antonov zavodunun ərazisindəki böyük silah-sursat anbarı, məhv edilib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumat verib. “Bundan əlavə, Kiyev yaxınlığındakı Antonov zavodunun ərazisində çoxsaylı reaktiv raket sistemləri üçün böyük sursat anbarı məhv edilib, həmin anbarlardan Rusiya qoşunlarının bölmələri atəşə tutulub”, - deyə o əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz