Moskvada maska tələbi ləğv edildi


Martın 15-dən Rusiyanın paytaxtı Moskvada qoruyucu maskalardan istifadə tələbi ləğv edilir.
Yeniavaz.com
“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin öz bloqunda yazıb.
“Epidemioloji vəziyyətin yaxşılaşması çoxdan gözlənilən qərarı qəbul etməyə imkan verir”, - o bildirib.
Bundan başqa, müəssisə və təşkilatlarda bədən hərarətinin müntəzəm ölçülməsi, iş yerlərində ayırıcı arakəsmələrin quraşdırılması və s. kimi COVID-ə qarşı məcburi tədbirlər də ləğv edilir.
Son məlumatlara görə, Moskvada sutka ərzində 957 koronavirusa yoluxma faktı aşkarlanıb, 44 nəfər ölüb, 1061 xəstə evə buraxılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top