Kreml Kadırovun Kiyevdə olması iddiasına münasibət bildirdi


“Kremldə Çeçenistan rəhbəri Ramzan Kadırovun Ukraynadakı əməliyyat zonasına səfəri ilə bağlı məlumat yoxdur”.
Yeniavaz.com
“RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“O, mənim fikrimcə, birbaşa iddia etmədi ki... Birbaşa bəyanatlar yox idi, ona görə də sizdən xahiş edirəm ki, Çeçenistandakı respublika rəhbərinin administrasiyası ilə əlaqə saxlayasınız”, - Peskov bildirib.
Qeyd edək ki, ötən gün Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Geraşenko öz “Telegram” kanalında Çeçenistan rəhbəri Ramzan Kadırovun Ukraynaya gəldiyi və İvankovda (Kiyev vilayəti Boquslavski rayonunun kəndi – red.)  olduğunu yazıb.

DİGƏR XƏBƏRLƏR

Top