Rusiya-Ukrayna danışıqları onlayn formada keçiriləcək


“Kiyev və Moskva nümayəndələri arasında danışıqlar videoformatda olacaq, çünki bu, hər dəfə Belarusa getməkdən daha səmərəlidir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Aleksey Arestoviç “Ukrayna 24” telekanalının efirində jurnalistin müvafiq sualını cavablandırarkən deyib.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “RİA Novosti”yə Rusiya-Ukrayna danışıqlarının növbəti raundunun bu günə - 14 mart, bazar ertəsinə planlaşdırıldığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top