Ukraynanın 10-cu dağ hücum briqadası rus ordusunun dağıdılmış hərbi texnika kolonunun görüntülərini yayıb.
Yeniavaz.com xəbər verir ki, briqada müvafiq videonu öz “Facebook” səhifəsində yerləşdirib.
"Faşist qonşularımıza bir az qonaqpərvərlik. Mənfi tərəfi - metal qırıntılarının qiyməti düşür", - yayımlanan məlumatda deyilir.
Qeyd edək ki, müharibə müxbiri Andrey Tsaplienko daha əvvəl “Stugna” və “Korsair” tank əleyhinə sistemləri ilə Kiyev uğrunda gedən döyüşdə altı tank və bir piyada döyüş maşınının məhv edildiyini bildirmişdi.