Zelenski NATO-ya xəbərdarlıq edib – VİDEO


“Əgər NATO səmamızı bağlamasa, Rusiya raketləri alyans ölkələrinin vətəndaşlarının evlərinə düşəcək”.
Yeniavaz.com
“UNİAN”a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski növbəti videomüraciətində deyib.
Prezident xatırladıb ki, bu gün ukraynalıların müstəqillik uğrunda mübarizəsinin 18-ci günüdür:
“Təkcə Lvov vilayətinə 30 raket atılıb. Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzinin atəşə tutulması nəticəsində 35 nəfər həlak olub, daha 134 nəfər yaralanıb. Və NATO sərhədləri oradan cəmi 20 km məsafədə yerləşir”.
Zelenski ötən il NATO liderlərinə xəbərdarlıq etdiyini yada salıb:
“NATO-ya xəbərdarlıq etmişdik ki, əgər Rusiya Federasiyasına qarşı sərt qabaqlayıcı sanksiyalar olmasa, o, müharibəyə gedəcək. Biz haqlı idik. İndi bir daha təkrar edirəm: əgər siz səmamızı bağlamasanız, o zaman Rusiya raketlərinin sizin ərazinizə, NATO ərazisinə, NATO ölkələrinin vətəndaşlarının evlərinə düşməsi an məsələsidir”.

DİGƏR XƏBƏRLƏR

Top