Zelenski nümayəndə heyətinin qarşısına bu tələbi qoyub


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyası ilə danışıqlardan danışıb və onların zəruriliyini vurğulayıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib.
Prezident xatırladıb ki, Ukrayna və Rusiya Federasiyasının nümayəndə heyətlərinin üzvləri hər gün videoformatda görüşürlər:
"Nümayəndə heyətimizin qarşısında aydın vəzifə var - prezidentlərin görüşü baş tutsun deyə hər şeyi etmək. Aydındır ki, bu, mürəkkəb prosesdir, çətin yoldur, lakin bir yoldur və lazımdır”.
Zelenski qeyd edib ki, danışmaq lazımdır, çünki bu danışıqlar sayəsində təkcə mart ayının 13-də Ukraynanın müxtəlif bölgələrindən 5550 nəfər, son 6 gün ərzində isə 130 mindən çox insan təxliyə edilib.

DİGƏR XƏBƏRLƏR

Top