Rusların tutduğu şəhərdə mer olan deputat xəyanətdə ittiham olunur


Rusların ələ keçirdiyi Melitopol şəhərində özünü mer elan edən və “Müxalifət bloku”ndan olan şəhər şurasının deputatı Qalina Danilçenko dövlətə xəyanətdə şübhəli bilinib.
Yeniavaz.com
“unian”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb .
"Zaporojye Vilayət Prokurorluğunun prosessual rəhbərliyi üçün Melitopol Şəhər Şurasının deputatı dövlətə xəyanətdə (Ukrayna Cinayət Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsi) şübhəli bilinir", - məlumatda deyilir.
İstintaqın məlumatına görə, deputat dövlətin suverenliyinə, ərazi bütövlüyünə, Ukraynanın toxunulmazlığına və informasiya təhlükəsizliyinə zərər vuraraq, müharibə dövründə düşmən tərəfinə keçib.

DİGƏR XƏBƏRLƏR

Top